• slidebg1
    Rəsmİ bloq
    Yenİ və rəsmİ məlumatları bİzİm bloqdan alın.
  • slidebg1
    Foto və vİdeo qalereya
    Şamaxının gözəl təbİəti bİzİm qalereyada.

Haqqımızda

AZƏREKOV-un məqsədi və haqqında qısa məlumat

BİZ KİMİK?

Şamaxı AzərEkov MMC-Azərbaycanın dağlıq meşələrində yerləşən ,qeyri adı iqlimə və gözəl təbiət mənzərəsinə sahib olan 600 hektarlıq qoruqdur .Bu qoruq Safari parkdan ,maralçılıq ,damazlıq ,ovçuluq və foto ovçuluq təsərrüfatından ibarətdir .Bu yer milyonlarla vəhşi heyvanların aqressiv texnikanın inkişafından qoruna biləcəyi məkandır.Bu təbiət muzeyi insanların təbiət qoynunda daha çox vaxt keçirmələri,onun gözəlliyindən zövq almaları,fauna və floraının dəyişikliyinə heyran qalmaları üçün yaradılıb. Bir il ərzində boş meşələr gözəl marallar ,incə lanlar və əyləncəli muflonlar ilə doldu .Ayılar ,canavarlar və tülkülər... gəldi .Bütün işçi heyəti heyvanların hər zaman tox ,sağlam,alışdıqları mühitə uyğun olmaları üçün çalışır .Tezliklə burada vaşaq ,pələng və qorunması lazım olan,Qırmızı kitaba düşmüş heyvanlar olacaq. Sivilizasiyadan yorulmuş hər bir kəs burada vaxt keçirə ,insanlardan bir neçə addım uzaqlıqda olan ,sülh içində yaşayan maral və ayı balaları ilə şəkil çəkdirə ,qonaqlara məxsus evlərdə istirahət edə və bu gözəl guşənin inkişafına öz töhfəsini verə bilər .

Team Member

Ad Soyad

Vəzifə

haqqında qısa melumat (Tezliklə...)

Team Member

Ad Soyad

Vəzifə

haqqında qısa melumat (Tezliklə...)

Team Member

Ad Soyad

Vəzifə

haqqında qısa melumat (Tezliklə...)

Qalereya

Foto qalereya

DİGƏRLƏRİNİ YÜKLƏ

Bloq

Yeni Məqalələr

Parkla tanışlıq zamanı dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, Azərbaycanda elmi əsaslarla ov ekologiyasının yaranması, vəhşi populyasiyada olan heyvan növlərinin Azərbaycan təbiətinə adaptasiyasi məqsədilə 2014-cü ildə yaradılan “Azər Ekov” MMC qısa müddətdə bu istiqamətdə zəruri olan işləri görməyə başlayıb. “Azər Ekov” MMC ilk olaraq vəhşi dırnaqlılar və maral fermerlərinin Beynəlxalq Assosiasiyasına - IDUBA-a üzv olub. Bununla da “Azər Ekov” MMC bu assosiasiyanın Cənubi Qafqazda təmsilçilik hüququnu əldə edib və bu quruma Ermənistanın üzv olmasının qarşısını alıb. IDUBA-nın təşkil etdiyi görüşlər sayəsində üzvlər müəyyən vaxt ərzində yığıncaqlar təşkil edib heyvan yetişdirilməsi, ovların təşkili, buynuz ticarəti, yem və yem əlavələrinin istehsalı və s. ilə bağlı fikirlərini bölüşürlər. Bu assosiasiyanın tədbirlərində bərabərhüquqlu üzv kimi iştirak edərkən “Azər Ekov” MMC qarşısına beynəlxalq təcrübəni mənimsəmək, xarici mütəxəssislərin Azərbaycan təbiətinə marağını cəlb etmək kimi hədəflər qoyub.

Bildirildi ki, “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”dəki tapşırıqlara uyğun olaraq vəhşi heyvanlar üçün ekoloji qoruğun yaradılması məqsədilə Şamaxı rayonunun ərazisində olan Pirqulu adlanan dağ-meşə sahəsində 620 hektar ərazinin hüdudları içərisində 480 hektar ərazi beynəlxalq standartlara uyğun formada çəpərlənib. Buraya Latviya, Polşa, Slovakiya, Çexiya və Macarıstan təsərrüfatlarından üç növdən ibarət 420 baş nəcib maral, lan və muflon adlı genetik qiymətli heyvanın gətirilərək xüsusi mühafizə olunan əraziyə buraxılması təmin edilib. Görülən seleksiya və baytarlıq tədbirləri nəticəsində bu heyvanların sayı iki dəfəyə yaxın artıb. Belə ki, hazırda pakda 790 heyvan, o cümlədən 260 baş nəcib maral, 250 baş muflon və maral cinsinə daxil olan 280 baş lan var.

Ekoloji parkın daxili infrastrukturunun yaradılması istiqamətində də mühüm işlər görülüb. Belə ki, 36 kilometr uzunluğunda enli yol çəkilib. Bundan başqa, heyvanlar üçün çox sayda təbii daldalanacaqlar düzəldilib. Maral, lan və muffonları kənar təsirlərdən və yoluxucu xəstəliklərdən qorumaq üçün beynəlxalq standartlara uyğun dəmir-beton dayaqlara hörülmüş 52 kilometr uzunluğunda çəpər çəkilib. Bundan başqa, parkın ərazisində inzibati bina və qonaq evi də inşa olunub. İnzibati bina və qonaq evinin ərazisində geniş abadlıq işləri aparılıb.

Ardın oxu... 187 baxış
DİGƏRLƏRİNİ YÜKLƏ

Bizim Tərəfdaşlarımız